İncəsənətə dair dialoq
İnsanların gündəlik həyatım əks etdirən rəsm əsərləri necə adlanır?Məişət janrına çox qədim nümunələrdə rast gəlinsə də, onun əsas xüsusiyyətləri XIV-XV əsrlərdə yaranmışdır. XVI əsrdən başlayaraq bir çox Avropa rəssamlarının yaradıcılıq fəaliyyəti nəticəsində o, daha da inkişaf edərək müstəqil janra çevrilmişdir. Məişət janrının sonrakı inkişafı XVIII əsr fransız rəssamlarının yaratdığı gözəl həyat və məişət səhnələri ilə əlaqədar olmuşdur.
XIX-XX əsrlərdə məişət janrında yeni xüsusiyyətlər yer alır: kəskin xarakterli, müxtəlif hadisələrin və psixoloji durumların təsvirinə maraq artır, sənətkarlar əbədi məişət sirlərini açmağa cəhd edirlər. Dünyanın şən, şux qavranılması bütövlükdə bütün impressionizmə xas olan cəhətdir, lakin Ogüst Renuarın yaradıcılığında bu cəhət daha aydın nəzərə çarpır.
Ogüst Renuarın əsərlərində məişət janrı