İncəsənətə dair dialoq
Rəngkarlıq tablosunun insana təsiri nədən asılıdır?Parisin rəsm salonlarının birində tanınmış rəssamların əsərləri ilə yanaşı, Anri Matisin də “Yaşıl şlyapalı qadın” əsəri nümayiş etdirilir. Portretdən tamaşaçıya yanakı əyləşmiş hündür şlyapalı qadın baxır. Onun asimmetrik üz cizgiləri “vəhşi” boyalarla çəkilmişdir. Təsvir real insana o qədər oxşamırdı ki, onun eybəcər görünməməsi mümkünsüz idi. Matis boyaların “səsini” maksimal gücləndirərək onu absurda gətirib çıxarmışdı. Əsər əvvəllər Avropa rəngkarlığında rast gəlinməyən rəng uyğunluğunun harmoniyası haqqında təsəvvür formalaşdırır. Bu əsər qalmaqallı gurultu qopardı və fovizmin1 təməlini qoydu.
Münhendə sərgidə nümayiş etdirilən islam incəsənəti nümunələrinin Matisə güclü təsiri nəticəsində yaratdığı əsərlər
1 Fovizm (frans. fauve - vəhşi) - XIX əsrin sonu - XX əsrin əvvəlində fransız rəngkarlığında yaranmış cərəyan. Fovizm üçün məkanın, həcmin və bütövlükdə rəsmin kəskin ümumiləşdirilməsi, işıq-kölgə və xətti perspektivdən imtina edilməsi ilə formanın sadələşdirilməsi səciyyəvidir.