İncəsənətə dair dialoq
Monumental və ya dəzgah heykəlləri üçün ən vacib sayılan xüsusiyyətlər hansılardır?Azərbaycan heykəltəraşlıq sənətində görkəmli sənətkar Tokay Məmmədovun xüsusi yeri və özünəməxsus dəstxəti var. Şəhərsalmanın inkişafı nəticəsində Azərbaycanın bir çox şəhərlərindəki park və meydanlarda tanınmış şair və dövlət xadimlərinin şərəfinə monumental heykəllər ucaldılırdı. Bu dövrdə yaradılmış monumental əsərlər nəhəng, ifadəli plastik formaya malik və ictimai əhəmiyyət daşıyan məzmunu ilə fərqlənirdi. Belə heykəllər arasında T.Məmmədovun yaratdığı bir-birindən dəyərli sənət əsərlərinə Bakının küçələrində və Azərbaycanın müxtəlif bölgələrində rast gəlmək olar. Heykəltəraşın yaradıcılığı bir çox monumental heykəllərlə zəngindir.
Tokay Məmmədovun monumental heykəl yaradıcılığı