D’Orse muzeyi (frans. Musee d’Orsay) - Parisdə təsviri və tətbiqi sənətlər muzeyidir. Dünyada ən böyük Avropa rəngkarlıq və heykəltəraşlıq nümunələri saxlanılan muzeydə 1850-1915-ci illərə aid 4 mindən artıq sənət əsəri nümayiş etdirilir. Muzey keçmiş vağzal binasında, Sena çayının sol sahilində yerləşir, məşhurluğuna görə Parisdə üçüncü, dünyada isə onuncu muzey hesab edilir. Buradakı kolleksiyanın təməli impressionistlərin və postimpressionistlərin əsərləri üzərində qurulub. Muzeyin kolleksiyası həm də dekorativ sənət əsərləri, heykəllər, fotolar və memarlıq əşyaları ilə zəngindir. D’Orse muzeyinin şöhrət qazanmasında Mone, Deqa, Renuar və Sezan kimi rəssamların yaratdıqları impressionizm şedevrləri mühüm rol oynayır. Muzey həm də tamaşa və konsertlərin keçirildiyi yerdir. Kinonun yaranmasına həsr olunmuş festival hər il məhz burada keçirilir.
D’Orse muzeyi. Fransa. 1986