Şəxsi ev və həyət sahibləri bəzən təkcə ev quşları deyil, hətta kənd təsərrüfatı heyvanlarının da bəslənməsi və çoxaldılması ilə məşğul olurlar.
İribuynuzlu (inək, camış) və xırdabuynuzlu (qoyun, keçi) mal-qaranın saxlanması heyvandarlıq məhsullarına ehtiyacı təmin edir.
Bazar iqtisadiyyatının əsas qanununda deyilir: «Əgər məhsula ehtiyac artırsa, onun qiyməti qalxır, deməli, onun istehsalı böyük gəlir vəd edir».
İnsan kənd təsərrüfatı heyvanlarının saxlanmasından yeyinti məhsulları (ət, süd, yağ) və istehlak xammalı (yun, cod tük, dəri, sümük) əldə edir.
Ev şəraitində qoyun və keçi saxlanması kiçik təsərrüfatlar üçün gəlirli sahədir. Bu heyvanlar yemə tələbkar deyil və sürü halında yaşaya bilir. Ona görə də qoyunçuluq üçün böyük təsərrüfat lazım deyil. Az pul sərf etməklə kiçik təsərrüfatlarda bu heyvanları bəsləmək yaxşı gəlir gətirə bilər.
Qoyun və keçi saxlamağın hansı faydaları var? |
Qoyun əti dünyanın hər yerində ekoloji təmiz qida hesab edilir. Çünki qoyun müxtəlifhormonal əlavələr qatılmış yemi qəbul etmir. Alman alimləri belə hesab edirlər ki, qoyun əti insanlardaxərçəng toxumalarının inkişafını ləngidirvə hətta onları məhv edir.
Qoyun əti iki növə ayrılır: bir yaşına qədər heyvanın əti quzu əti, bir yaşından yuxarı heyvanın əti qoyun əti adlanır.
Qoyun əti çox gözəl dad keyfiyyətlərinə malikdir. Tərkibində zülalın, amin turşularının, vitamin və mineral maddələrin miqdarına görə mal ətindən bir qədər geri qalır. Qoyun ətinin ən gözəl xüsusiyyəti daha az xolesterinə (290 mq/kq qoyun ətində, 750 mq/kq mal ətində) malik olmasıdır. Bütün qoyun cinslərinin əti yeməli hesab edilir. Amma, əsasən, ətlik, yunluq və ətlik-yağlıq qoyun cinslərinə üstünlük verilir.
Ortayaşlı qoyun cəmdəyi yaşından, cinsindən və köklüyündən asılı olaraq 18-30 kq, 1 yaşa qədər quzu cəmdəyi isə 15-18 kq olur.