Dekorativ-tətbiqi sənət incəsənətin geniş yayılmış sahələrindəndir. O, insan tərəfindən yaradılan maddi aləmin bədii tərtibatına xidmət edir, onun estetik gözəlliyini reallaşdırır. Bədii yaradıcılıq və incəsənət materialları işlənmə texnikası üsulları ilə birləşərək dekorativ sənət əsəri meydana gətirir.
Ağac üzərində oyma ağacın bədii işlənməsidir. Belə işlənmə zamanı naxış məmulatın üzərinə balta, bıçaq, kəski, iskənə və başqa oxşar alətlər vasitəsilə salınır.
Ağac üzərində oyma nədir? |
Ağac üzərində oyma sənətinin tarixi yüz illər öncəyə dayanır. Bu sənət növü müasir zamanda da inkişaf edir və təkmilləşir.
Mebelin və digər məişət avadanlıqlarının bədii işlənməsində ağac üzərində oymanın müxtəlif növlərindən istifadə edilir. Bir məmulatda oymanın bir neçə növündən istifadə edilə bilər.
Ağac üzərində oymanın hansı növləri var? |
Ağac üzərində oyma bir neçə növə ayrılır:
Kəsmə ilə oyma (şəkil 1) ağac üzərində yerinə yetirilir. Belə oymada salınan təsvirin elementləri bir-biri ilə əlaqəlidir və fon əvəzinə çərtiklərlə əhatə edilir. Kəsmə ilə oymada iki tərəfi açıq deşiklər kəski və iskənənin köməyi ilə açılır.
Şəkil 1. Kəsmə ilə oyma