Kəsiklərin saçaqlanmasının qarşını almağın ən etibarlı üsulu onların ziqzaqşəkilli tikişlə sırıqlanmasıdır (şəkil 1).
Qeyd etmək lazımdır ki, ziqzaqşəkilli tikişin eni və uzunu parçanın növündən asılı olaraq dəyişir (şəkil 2). Əgər parça çox saçaqlanıbsa, kiçik məsafəli enli tikişlə, az saçaqlanıbsa, əksinə, böyük məsafəli sıx tikişlə sırıqlanır. Çox nazik parçalarla işləyərkən, tikişlər arasında böyük məsafə qoymaqla tikişin eni azaldılır və maşın naxışsalması üçün nəzərdə tutulmuş sapdan istifadə edilir. Bu qaydalara riayət edilərsə, sırıqlanmış kənar sərt alınmaz. Nazik parçaların kənarlarını ziqzaqşəkilli tikişlə sırıqladıqda parça büzülür və dartılır. Bunun qarşısını almaq üçün tikişlə kəsiyin arasında 5 mm məsafə saxlamaq, sonra saxlanmış hissəni tikişə yaxın məsafədən kəsib çıxartmaq lazımdır (şəkil 3).