Aplikasiya nədir? |
Aplikasiya dekorativ tətbiqi sənətin geniş yayılmış növüdür. Aplikasiya (latıncadan «tətbiq etmək») hər hansı materialdan kəsilmiş hissələrin müəyyən bir səth üzərində yapışdırılması vasitəsilə yaradılmış bədii təsvirdir.
Aplikasiya üsullarından istifadə etməklə parça üzərində də müxtəlif mövzulu kompozisiyalar yaratmaq mümkündür. Parça aplikasiyası üçün müxtəlif təbii və sintetik parçalardan istifadə edilə bilər. Bu məqsədlə hamar, tiftikli, parıltılı, tutqun və s. keyfiyyətə malik parçalar, hətta dəri, xəz, keçə məmulatları da işlənilir.
Aplikasiyadan paltarların, divar pannolarının, məişət əşyalarının bəzədilməsində istifadə edilir.
Aplikasiya sadə və mürəkkəb, yəni bir neçə və çox sayda elementlərdən ibarət ola bilər.
Amma hər bir halda aplikasiyada elementlər əlavə detal olmadan, üslublaşdırılmış, dəqiq və kənar cizgilərlə işlənməlidir.
Aplikasiyanın işlənməsi texnologiyası nədən ibarətdir? |
Aplikasiya elementləri ülgü və qəlibə uyğun biçilir.
Aplikasiyanın yerinə yetirilməsi üçün əvvəlcə onun eskizi, sonra isə detallarının ülgüləri işlənməlidir. Eskiz nəzarət üçün lazımdır. Hazırlanmış kağız ülgülər parçanın üzərinə düzülür və sancaqlarla möhkəmləndirilir. Əgər kəsiləcək fiqur çox böyükdürsə, o parçanın üzərinə köklənir, sonra kağız ülgünün kənarları boyunca kəsilir.
Kəsilmiş fiqurlar əsas səth üzərinə eskizə uyğun olaraq düzülür. Bu zaman fiqurların rəng ahəngi nəzərə alınmalıdır. Bütün bunlardan sonra aplikasiya düzüldüyü əsas üzərində bərkidilir.
Ziqzaqşəkilli tikiş vasitəsilə parça üzərinə aplikasiya necə salınır? |