Görkəmli bəstəkar Fikrət Əmirov musiqinin, demək olar ki, bütün janrlarında gözəl əsərlər yazmışdır. Bəstəkar dünya musiqi incəsənətinə «Şur» və «Kürd-ovşarı» simfonik muğamları, «Sevil» operası, «Azərbaycan kapriççiosu» və «Min bir gecə» baleti kimi zəngin əsərlər bəxş etmişdir.
Musiqi dinləyək və müqayisə edək
Klassik Azərbaycan «Şur» muğamından «Maye-Şur»
Fikrət Əmirov. «Şur» simfonik muğamından «Maye-Şur»
İki musiqi əsərinin oxşar və fərqli cəhətləri
Oxşar cəhətlər
1. «Şur» klassik muğamının «Maye-şur» və «Şur» simfonik muğamının «Maye-şur» şöbələrinin adları eynidir.
2. Hər iki əsərin musiqisi eynidir.
Fərqli cəhətlər
1. «Şur» klassik muğamının «Maye-şur» şöbəsi müxtəlif Azərbaycan xalq çalğı alətlərində solo kimi ifa olunur.
2. «Şur» simfonik muğamının «Maye-şur» şöbəsini simfonik orkestr ifa edir.