Dahi rus bəstəkarı Pyotr İliç Çaykovski 1840-cı ildə Vyatski quberniyasının Votkinsk şəhərində anadan olmuşdur. Bəstəkarın anası musiqi istedadına malik bir qadın idi. O, fortepianoda çalır, romansları və xalq mahnılarını məharətlə ifa edirdi. Məhz ilk dəfə xalq musiqisini gələcək bəstəkara sevdirən də onun anası olmuşdur. Yaradıcılığının ilk illərində bəstəkar dörd opera, «Sonalar gölü» baletini, «Romeo və Cülyetta» uvertüra-fantaziyasını, «Tufan» simfonik-fantaziyasını, «Françeska da Rimini» kimi proqramlı simfonik əsərlərini, fortepiano və simfonik orkestr üçün 1 saylı konsertini yazır. Ümumilikdə, bəstəkar on opera, üç balet, altı simfoniya, proqramlı simfonik əsərlər, fortepiano və orkestr, skripka və orkestr üçün konsertlər, trio və kvartetlər, romanslar, «Uşaq albomu », «İlin fəsilləri» fortepiano albomları yaradır. Bəstəkarın yaradıcılığında xalq mahnıları böyük rol oynayıb. II simfoniyada «Durnalar» adlı Ukrayna xalq mahnısından, IV simfoniyanın finalında isə «Çöldə ağcaqayın ağacı bitmişdi » rus xalq mahnısından istifadə etmişdir.
Musiqi dinləyək
P.İ.Çaykovski. «IV simfoniya». «Final» hissəsindən bir parça
«Çöldə ağcaqayın ağacı bitmişdi». (Rus xalq mahnısı)
«Çöldə ağcaqayın ağacı bitmişdi» rus xalq mahnısının tonallığını təyin edib oxuyaq:
Re minor