20 yanvar 1990-cı ildə Azərbaycanın ərazi bütövlüyünü pozmaq cəhdlərinə və keçmiş SSRİ rəhbərliyinin vətənimizə qarşı qərəzli siyasətinə etiraz əlaməti olaraq ayağa qalxmış dinc əhaliyə divan tutmaq məqsədilə Bakıya sovet hərbi hissələri daxil oldu. Rus ordusu ağır hərbi texnikanın köməyi ilə dinc əhalinin kütləvi etiraz aksiyasını vəhşicəsinə yatırtdı. Bu qırğın nəticəsində milliyyətindən asılı olmayaraq, yüzlərlə Azərbaycan vətəndaşı məhv edildi. Qanlı 20 Yanvar günü dünyasını dəyişənlər Şəhidlər xiyabanında torpağa tapşırıldı. Qırmızı qərənfillər axıdılmış şəhid qanının simvoluna çevrildi. Milli tariximizin ən parlaq qəhrəmanlıq səhifələrindən birinə çevrilən 20 Yanvarı xalqımız «Ümumxalq Hüzn Günü» kimi qeyd edir. Məhz 20 Yanvar günü Şəhidlər xiyabanında kədərimizi ifadə edən muğamlarımız «Hümayun», «Şüştər», mübarizə əhvali-ruhiyyəli «Çahargah» qoboy, kamança, tar, ud kimi qədim Azərbaycan xalq çalğı alətlərinin ifasında səsləndirilir.
Musiqi dinləyək
«Hümayun». Azərbaycan klassik muğamından bir parça
«Hümayun» muğamının səs sırası