Qədim yunan filosofu Pifaqor (təxminən b.e. əvvəl 570-490-cı illər) musiqinin yeddi tonunu icad etdi. Pifaqor bu tonları yüksəkliyinə görə və rəng müxtəlifliyinə görə belə yerləşdirdi:
Sxemdə göstərilən adlar isə eramızın 995-1050-ci illərində yaşamış nəzəriyyəçi və bəstəkar, not sisteminin yaradıcısı Qvido de Aretsonun müqəddəs İohannın xatirəsinə həsr etdiyi orta əsrlərdə geniş yayılmış kilsə himninin sözlərinin ilk hecalarından götürülmüşdür:
Sonradan oxumaq asan olsun deyə italyan musiqiçiləri Doni «ut» hecasını öz adının ilk hecası olan «do» ilə, Ansel isə «sa» hecasını «si» ilə əvəz etdi.
Bu səs sırası bu günə kimi dəyişilməmişdir.
Qədim yunanlar yeddi səma cismindən hər birinin Pifaqorun kəşf etdiyi yeddi tondan birinə uyğun olduğunu zənn edirdilər. Şərq alimləri isə yeddi səma cismini muğamlarla belə əlaqələndirirdilər:
Nildən Qanqa, Qafqazdan Orta Asiyaya, üzü Şərqə yayılan muğamlar muğam, makom, mukam, dəsgah, təqsim, raqa adlansa da, onların kökləri eyni bulaqdan su içmişdir.