Dahi bəstəkar Üzeyir Hacıbəyli əsərlərində xalq musiqisi nümunələrindən istifadə etmişdir. «Arşın mal alan» (1913) operettasında ifa edilən «Süleymani» rəqsi Azərbaycan xalq rəqsidir. «O olmasın, bu olsun» (1910) operettasında səslənən «Hamamın içində» musiqi nümunəsi isə aşıq mahnısıdır. Bu operettadakı «Məşədi İbad»ın mahnısında
«Uzundərə», «Rüstəm bəylə Məşədi İbadın dueti»ndə isə «Darçını» Azərbaycan xalq rəqslərinin melodiyalarından istifadə etmişdir. «Məşədi İbad, Gülnaz və Sənəmin triosu» isə «Hüsnü bağında » xalq mahnısının melodiyası əsasında yazılmışdır.
Musiqi dinləyək və müqayisə edək
«Darçını». Azərbaycan xalq rəqsi
Üzeyir Hacıbəyli. «O olmasın, bu olsun» operettasından «Rüstəm bəylə Məşədi İbadın dueti»
İki musiqi əsərinin oxşar və fərqli cəhətləri
Fərqli
«Darçını»
Azərbaycan
xalq rəqsi
O x ş a r
Fərqli
«Rüstəm bəylə
Məşədi ibadın
dueti»