Музыка Рамиза Мустафаева,
слова Гамида Аббасова.
I
Sevincimiz oldu dəniz
Aldıq təzə ordeni biz.
Yerə-göyə sığmır vüqar
Bu günləri kim unudar?!
Çiçəklənib torpağımız,
Dalğalanır bayrağımız.
Gülür torpaq, gülür insan,
Yaşa, anam Azərbaycan!
II
Gözün aydın, yaxın-uzaq!
Gözün aydın, ana torpaq!
Ad sənindir, hünər sənin,
Bu qələbə, zəfər sənin,
Üzümüzü ağ etmisən,
«Ağ qızıl»ı dağ etmisən,
Bol taxılın, üzümün var,
Hər zəhmətə dözümün var.