Cəmiyyətin ən qiymətii sərvəti sağiam insandır. Hər bir insan üçün can sağiığından böyük nemət yoxdur. Lakin sürətlə inkişaf edən müasir cəmiyyətdə texniki tərəqqi insan sağlamlığına müəyyən dərəcədə zərər vurur.
Sağlamlıq insanın uzunömürlülüyünü, yaradıcı əməkdə iştirakını təmin edən, ailə qurmağa, uşaqların tərbiyəsinin qayğısına qalmağa kömək edən fiziki və ruhi keyfiyyətlərin məcmusudur.
Yer kürəsində harada yaşamasından asılı olmayaraq hər bir insanın həyatı qiymətlidir, insanların yaşaması, öz qabiliyyətlərini inkişaf etdirməsi üçün normal həyat şəraiti yaradılmalı, həyat səviyyəsi daim yüksəldilməlidir.
Yadınıza salın, sağlam olmaq üçün hansı şərtlərə əməl olunmalıdır?
Gənclərimizin təhsili, məşğulluğu, sağlamlığı dövlətin daim diqqət mərkəzindədir. Sağlamlığın şərtlərindən biri olan reproduktiv sağlamlıq yalnız tibbi anlayış olmayıb, eyni zamanda özündə sosial, mənəvi və psixoloji komponentləri birləşdirir. Reproduktiv sağlamlıq insanın fiziki, mənəvi və sosial rifah halıdır. Gənclərin reproduktiv sağlamlığının qorunması dövlətin ən vacib, prioritet sahələrindəndir. Bu gün reproduktiv sağlamlıq qlobal məsələlərdən biri hesab olunur. Hazırda gənclərin ailə qurarkən rastlaşdıqları çətinliklər, maddi və mənəvi ehtiyaclar, onların sosial müdafiəsi bu məsələyə həssas yanaşma tələb edir.
Reproduktiv sağlamlığın qorunması nə üçün sağlam həyat tərzinin əsas şərti hesab olunur?
Cəmiyyətin sağlamlıq göstəricilərindən biri olan reproduktiv sağlamlığın qorunmaması insanların həyatında ciddi təhlükələr yarada bilər.