AÇAR SÖZLƏR
Yüklərin cəbri cəmi
Elektrik yükünün saxlanması qanunu
Qapalı sistem
Elektrik yükü
NƏ ÖYRƏNDİNİZ?
Toxunan cisimlərdən ibarət sistemin
ümumi __ bu sistemdəki cisimlərin __ bərabər
olur. Elektrik cəhətdən __ cisimlərin
elektrik yüklərinin cəbri cəmi dəyişməz
qalır. Bu, __.
ÖYRƏNDİKLƏRİNİZİ YOXLAYIN
-
Cısimdəki elektrik yükünü sıfıra qədər azaltmaq olarımı? Cavabınızı əsaslandırın.
-
Elektrik yükünün saxlanması qanunu hansı şəraitdə ödənir?
-
Dielektrik dayağa bərkidilmiş iki eyni A və B metal kürəciyi
şəkildəki kimi yerləşdirilmişdir. A kürəciyi +q yükünə
malikdir,
B kürəciyinin isə yükü sıfırdır. Onları toxundurub sonra əvvəlki
vəziyyətlərinə qaytardıqda kürəciklərin hər birinin elektrik
yükü nəyə bərabər olar?
5.7. Elektrik yüklərinin qarşılıqlı təsiri:
Kulon qanunu
Apardığınız çoxsaylı araşdırmalardan məlum oldu ki, elektriklənmiş cisimlər birbiri ilə qarşılıqlı
təsirdə olur: eyni işarəli elektrik yükünə malik cisimlər arasında itələmə, əksişarəli yüklərə malik
cisimlər arasında isə cazibə xarakterli qarşılıqlı təsir qüvvəsi yaranır.
- Bu qarşılıqlı təsir qüvvəsi kəmiyyətcə necə xarakterizə olunur?
- O hansı fiziki kəmiyyətlərdən asılıdır?
1785-ci ildə fransız fiziki Şarl Kulon elektriklənmiş cisimlər arasında yaranan qarşılıqlı təsir
qüvvəsinin asılı olduğu kəmiyyətləri müəyyən edir. O, sükunətdə olan iki nöqtəvi elektrik
yükünün qarşılıqlı təsir qüvvəsini burulma tərəzisi vasitəsilə ölçmüşdür.
-
Verilmiş halda ölçüləri nəzərə alınmayacaq dərəcədə çox kiçik olan yüklənmiş cisim nöqtəvi elektrik yükü adlanır.
Nöqtəvi yüklərin modeli kimi Kulon yüklənmiş kiçik kürəciklərdən istifadə etmişdir. Burulma tərəzisi
nazik elastik məftildən asılmış şüşə çubuqdan ibarətdir. Çubuğun bir ucunda B metal
kürəsi, digər ucunda isə onu tarazlaşdıran C kürəsi vardır. Qaba tərpənməz
A kürəsi də daxil edilmişdir.