AÇAR SÖZLƏR
Elektrik sahəsi
Sərbəst elektronlar
Sərbəst yükdaşıyıcı
Elektrik cərəyanı
Sahə intensivliyi
Zərrəcik
Nizamlı hərəkət
İonlar
NƏ ÖYRƏNDİNİZ?
Yüklü__nizamlı hərəkəti__adlanır. Elektrik cərəyanının istiqaməti naqildəki elektrik__istiqamətindədir.
Metallarda yükdaşıyıcılar__, məhlullarda isə müsbət
və mənfi __. Fasiləsiz elektrik cərəyanının mövcud
olması üçün aşağıdakı zəruri şərtlər ödənməlidir: maddədə __, onlara__verən__və cərəyanın keçdiyi naqil
qapalı olmalıdır.
ÖYRƏNDİKLƏRİNİZİ YOXLAYIN
- Təbiət və texnikada hansı cərəyanları tanıyırsınız? Elektrik cərəyanı onlardan nə ilə fərqlənir?
- Fasiləsiz elektrik cərəyanının olması üçün zəruri şərtlər hansılardır?
- Məhlullarda elektrik cərəyanı hansı zərrəciklərin hərəkəti istiqamətindədir?
6.2. Cərəyan mənbələri
Qaranlıq yolu işıqlandırmaq üçün çox vaxt elektrik fənərindən istifadə edirsiniz. Fənərin düyməsini
sıxmaqla istənilən zaman onun lampasını işıqlandırmaq və ya söndürmək olur.
- Elektrik fənərində lampanı uzun müddət elektrik cərəyanı ilə təmin edən nədir?
- Elektrik cərəyanının fasiləsiz yaranmasını təmin edən hansı qurğuları tanıyırsınız?
ARAŞDIRMA-1
- Elektrik cərəyanının arasıkəsilməzliyini təmin edən nədir?
Təchizat: elektrofor maşını, patrona bağlanmış lampa, elektrik fənəri, batareya,
yapışqanlı lent, birləşdirici naqillər.
İşin gedişi:
I mərhələ:
- Elektrofor maşınının konduktorlarını bir-birinə toxundurmaqla onun neytrallaşdığına əmin olun.
- Lampanın sıxaclarını elektrofor maşınının konduktorlarına birləşdirin və maşının dəstəyini
fırlatmaqla onu elektrikləndirin (a).
- Elektrofor maşınının elektrikləndirilməsinə arabir fasilə verin (dəstəyi fırlatmayın) və baş verən
hadisəni izləyin.
II mərhələ:
-
Batareya və lampanı naqillərlə şəkildəki kimi birləşdirin (b).
-
Naqillərin açıq uclarını bir-birinə toxundurub uzaqlaşdırmaqla baş verən hadisəni müşahidə edin.
Nəticəni müzakirə edin:
- Birinci araşdırmada lampanın işıqlanmasına səbəb nədir?
- Bu işıqlanma nə vaxta qədər davam etdi? Nə üçün?
- İkinci araşdırmada lampadan elektrik cərəyanının keçməsini nə təmin edirdi?