6.3. Elektrik dövrəsi və onun elementləri
Fasiləsiz elektrik cərəyanının mövcud olması üçün zəruri şərtlərdən biri cərəyan keçən ixtiyari elektrik
qurğusunun qapalı olmasıdır - qurğu qapalı elektrik dövrəsi əmələ gətirməlidir.
- Elektrik dövrəsinin qapalı olub-olmadığını necə müəyyən etmək olar?
- Elektrik dövrəsi hansı elementlərdən təşkil oluna bilər?
- Məişətdə rast gəldiyiniz elektrik dövrələrinə aid misallar göstərin.
ARAŞDIRMA-1
- Su təchizatı sistemi və elektrik dövrəsində ümumi olan nədir?
Şəkildə su təchizatı sistemi (1) və sədə elektrik dövrəsinin (2)
sxemləri təsvir edilmişdir.
Nəticəni müzakirə edin:
-
Su təchizatı sistemi və elektrik dövrəsində ümumi və oxşar cəhət nədir?
-
Bu sistemlərin işləməsi üçün uyğun olaraq hansı şərtlər ödənilməlidir?
-
Sistemlərdə uyğun olaraq suyun və elektrik cərəyanının fasiləsiz axınını nə təmin edir?
-
Su təchizatı sistemində suyun rahat axınına, dövrədə isə elektrik cərəyanının rahat keçməsinə uyğun
olaraq hansı hissə müqavimət göstərir? Niyə?
-
Bu sistemlərdə başlıca fərq nədədir?
Elektrik dövrəsi müxtəlif elementlərdən ibarət ola bilər:
1) cərəyan mənbəyi;
2) elektrik işiədicisi (lampa, elektrik zəngi, elektrik qızdırıcısı, televizor və s.);
3) elektrik açarı;
4) elektrik ölçü cihazları (ampermetr, voltmetr və s.);
5) birləşdirici naqillər.