AÇAR SÖZLƏR
İşıq təsiri
Elektrik cərəyanı
Maqnit təsiri
Kimyəvi təsir
İstilik təsiri
NƏ ÖYRƏNDİNİZ?
Naqildən__keçməsi onun müxtəlif təsirləri ilə müşayiət
olunur. Elektrik lampalarında və qızdırıcılarda__və___
geniş istifadə olunur. Müxtəlif maddələrin sudakı məhlulundan cərəyan keçdikdə onun__aşkar edilir.
Cərəyanın
__yeganə təsirdir ki, həmişə müşahidə olunur.
ÖYRƏNDİKLƏRİNİZİ YOXLAYIN
1. Naqildən cərəyan keçməsini necə müəyyən etmək olar?
2. Elektrik cərəyanının istilik və kimyəvi təsirlərinə aid misallar göstərin.
3. Cərəyanın maqnit təsirinin onun digər təsirlərindən mühüm fərqi nədədir?
4. Cərəyan dəniz suyundan keçərsə, onun hansı təsiri baş verər?
6.5. Cərəyan şiddəti və onun ölçülməsi
Şəkildə eyni lampanın elektrik dövrəsinə 3 müxtəlif birləşməsi təsvir edilmişdir.
- Hansı birləşmədə lampa daha parlaq işıqlanar? Niyə?
ARAŞDIRMA-1
- Elektrik lampasının fərqli işıqlanmasına səbəb nədir?
Təchizat: cərəyan mənbəyi, açar, iki müxtəlif lampa (2 Vt və 4 Vt), birləşdirici naqillər.
İşin gedişi:
-
Verilən sxem əsasında elektrik dövrəsi qurun (a).
-
Açarı qapayın və lampaların işıqlanmasını müşahidə edin (b).
Nəticəni müzakirə edin:
- Nə üçün eyni cərəyan mənbəyinə qoşulan lampalar müxtəlif parlaqlıqla işıqlandı?
- Araşdırmadan hansı nəticəyə gəlmək olar? Fərziyyənizi söyləyin.