Öyrəndiniz ki, elektrik cərəyanının əsas xarakteristikaları cərəyan şiddəti və gərginlikdir.
- Bəs naqilin əsas xarakteristikası nədir?
- Dövrə hissəsindən keçən cərəyan şiddəti nədən asılıdır?
- Hansı dövrədə cərəyan şiddəti daha böyükdür: elektrik qızdırıcısı olan dövrədə, yoxsa mobil
telefonda? Niyə?
ARAŞDIRMA-1
- Cərəyan şiddəti gərginlikdən asılıdırmı?
Təchizat: gərginliyi dəyişəbilən cərəyan mənbəyi, iki müxtəlif rezistor,
açar, ampermetr, voltmetr, birləşdirici naqillər.
Rezistorun təsviri. Rezistor - xüsusi ərintidən hazırlanan və sıxacları olan
spiral formalı naqildir (a). Elektrik sxemlərində rezistor R
hərfi ilə işarə edilən düzbucaqlı şəklində təsvir olunur (b).
Mikrosxemlərdə müxtəlif rezistorlardan istifadə olunur (c).
İşin gedişi:
- Verilən sxemə uyğun elektrik dövrəsi yığın (d). Əvvəlcə dövrəyə rezistorlardan
birini (R1) qoşun.
-
Açarı qapayın, cərəyan şiddətini və rezistorun uclarındakı gərginliyi ölçüb iş vərəqinə çəkdiyiniz
cədvələ qeyd edin.
-
Gərginliyi dəyişməklə ampermetr və voltmetrin göstəricilərini qeyd edin.
-
Açarı açın və R1 rezistorunu R2 rezistoru ilə əvəz edin. Açarı qapayın və
təcrübəni təkrarlayın.
-
Gərginliyi dəyişməklə ampermetr və voltmetrin göstəricilərini qeyd edin.
-
Cədvəllərdən istifadə etməklə uyğun rezistorlardakı cərəyan şiddəti-gərginlik qrafiklərini qurun
(e).