6.8. Naqilin
müqaviməti nədən asılıdır?
Təcrübəli usta mənzildə təmir işləri görərkən otaqlardakı elektrik xətlərinin mis naqillərlə çəkilməsini
məqsədəuyğun hesab edir.
- Nə üçün elektrik xətlərinin mis naqillərdən çəkilməsi daha məqsədəuyğundur?
Yerüstü və yeraltı yüksək gərginlik xətləri diametri
50 mm2- dən 240 mm2-ə qədər olan kabellərdən
çəkilir. Belə kabellər ondan keçən cərəyan şiddətindən asılı olaraq 5+98 ədəd mis və ya alüminium
naqildən ibarət ola bilir.
- Niyə yüksək gərginlik xətlərində böyük diametrli kabellərdən istifadə edilir?
ARAŞDIRMA-1
- Naqilin müqaviməti nədən asılıdır?
Təchizat: sabit cərəyan mənbəyi (4 V-luq düzləndirici), ampermetr, birləşdirici
naqillər, üzərinə tədqiq olunan naqillər bərkidilmiş lövhə.
Lövhənin quruluşu. Tədqiq olunan naqil uzunluqları və en kəsik sahələri bərabər
olan üç ədəd nixrom və bir dəmir spiraldan ibarətdir. Nixrom spiralından biri mərkəzi
2 sıxacından keçməklə 1-3 sıxaclarına bərkidilir. Qalan iki nixrom
spiral bir-birinin üzərinə qoyularaq (en kəsik sahəsi iki dəfə artırılır) 4-5
sıxaclarına birləşdirilir. Dəmir spiral isə 6-7 sıxaclarına bərkidilmişdir.
İşin gedişi:
-
Düzləndirici, ampermetr və tədqiq olunan lövhədən ibarət elektrik dövrəsi yığın. Əvvəlcə lövhədəki
1-3 sıxaclarına bərkidilən nixrom spiraldan keçən cərəyan şiddətini ölçün.