Televizorda ən çox sevdiyi "Sehrli xalat" filminin yayımlandığı vaxt yuyunmaq məcburiyyətində qaldığın xatırlayan Toğrul hamam otağını şəkildəki kimi hazırlayır. O bununla də istəyinə nail olduğunu düşünür.
Toğrulun ata və anası yeni alınan paltaryuyan maşınının harada yerləşdirilməsini müzakirə edirdilər. Ata onun mətbəxdə, ana isə hamam otağında quraşdırılması təklif edirdi. Toğrul müzakirəyə qarışaraq anasının təklifini müdafiə etdi.
Təhlükəsizlik baxımından kimin təklifi daha məqsədəuyğundur? Bir neçə səbəb göstərin.
İnsan bədəni naqildir, elektrik cərəyanını keçirir. Bədənin ayrı-ayrı toxumalarının cərəyan keçirməsi müxtəlifdir. Sümük maddəsi, dəri örtüyü və birləşdirici toxumalar cərəyanı pis keçirir. Bu hissələrin xüsusi müqaviməti çox böyük olub 107-102 Om∙m tərtibindədir. Onurğa beyni mayesi, qan zərdabı, qan və sinir-əzələ toxuması isə cərəyanı yaxşı keçirən hissələrdir. Bu hissələrin xüsusi müqaviməti 0,6-0,7 Om∙m arasında dəyişir.