Təchizat: porşenlə təchiz olunmuş qalındivarlı silindrik şüşə
qab, spirtlə isladılmış pambıq.
İşin gedişi:
Mexaniki iş görməklə cismin daxili enerjisini dəyişmək (artırmaq və ya azaltmaq) olar; məsələn, ovuclarımızı bir-birinə sürtdükdə əlimizin, taxtanı kəsdikdə mişarın sürətlə istilənməsinə səbəb sürtünmə qüvvəsinin gördüyü mexaniki iş nəticəsində cisimlərin daxili enerjisinin artmasıdır. “Hava alışqanı” ilə apardığınız araşdırmada bunu əyani olaraq yoxladınız. Porşeni zərblə aşağı itələdikdə silindrdəki hava üzərində mexaniki iş görülür - o sıxılır. Nəticədə havanın temperaturu kəskin yüksəlir: havanın daxili enerjisi artır və o, spirt buxarını və pambığı alışdırır.