1.6. İstilikkeçirmə
- Bu hadisədə istilik mübadiləsi hansı
toxunan cisimlər arasında baş verir?
- İstilik mübadiləsi zamanı hansı cismin
daxili enerjisi azalır, hansının daxili
enerjisi artır?
- Qaşığın daxili enerjisinin dəyişməsi
hansı üsulla baş verir?
Qaşığı içərisində isti çay olan stəkana saldıqda həm onun suda olan hissəsi, həm də sudan kənarda qalan
hissəsi isinir.
ARAŞDIRMA-1
- Daxili enerjinin dəyişməsi necə baş verdi?
Təchizat: dəmir çubuq, kiçik mismar (4–5 əd.), parafin
(və ya plastilin), şam (və ya
spirt lampası), ştativ, kibrit.
İşin gedişi:
- Dəmir çubuğu ştativə bərkidin və mismarları
aralarındakı məsafə eyni olmaqla parafinlə
onun üzərinə yapışdırın.
- Şamı yandırıb çubuğun sərbəst ucunu qızdırın və
mismarların qopub düşmə ardıcıllığını izləyin.
Nəticəni müzakirə edin:
- Dəmir çubuğun daxili enerjisi hansı üsulla dəyişir? Cavabınızı
əsaslandırın.
- Dəmir çubuğun daxili enerjisinin dəyişməsini molekulyar baxımdan necə izah
edərdiniz?
Dəmir çubuqda atomlar müəyyən tarazlıq vəziyyətləri ətrafında rəqsi hərəkət edir. Çubuğun şam alovuna
toxunan ucunu qızdırdıqda metalın atomlarının rəqsi hərəkət sürətləri və rəqs amplitudları artır. Bu
atomlar qonşu atomlarla qarşılıqlı təsirdə olaraq öz enerjilərinin bir hissəsini onlara verir.
Beləliklə, istilikvermə prosesi bütün çubuq boyunca baş verdiyindən o, tədricən qızır. Metal çubuqdakı
atomlar enerjilərinin bir hissəsini verməklə heç də tarazlıq yerlərini dəyişmir - cisimdə maddə
daşınması baş vemir.
-
Enerjinin molekulların istilik hərəkəti nəticəsində cismin bir hissəsindən digər hissəsinə, yaxud bir-birinə toxunan bir cisimdən digərinə verilmə prosesi istilikkeçirmə adlanır.
İslilikkeçirmədə yalnız enerji daşınır, maddə daşınması baş vermir.