Təchizat: alüminium folqa (10*10 sm), karandaş, qayçı, gecə lampası, nazik ip.
Fırlanğıcın hazırlanması: folqadan diametri 10 sm olan dairə kəsin. Dairə üzərində karandaşla 12 bərabər nöqtə qeyd edib mərkəzə doğru radius boyunca 2-3 sm uzunluqlu xətlər çəkin və qayçı ilə həmin xətlər üzrə dairəni kəsin (a). Alınan ləçəklərin uclarını dairə müstəvisinə perpendikulyar olmaqla əks tərəflərə azca qaldırın. Dairənin mərkəzindən dəlik açın və oradan ipin bir ucunu keçirib dairənin əks tərəfində düyün vurun-fırlanğıc hazırdır.
İşin gedişi:
İpin sərbəst ucundan tutaraq fırlanğıcı lampanın üzərində 5-8 sm hündürlükdə asın, lampanı yandırın
(b) və baş verən hadisəni izləyin.