Təchizat: istilik qəbuledicisi (2 əd.), rezin şlanq, mayeli manometr (2 əd.), patrona bağlanmış lampa (2 əd.: 60 Vt və 100 Vt), ştativ altlığı.
İstilik qəbuledicisinin quruluşu. İstilik qəbuledicisi adlanan cihaz -nazik metal divarlı kiçik silindrik qutudur. Qutu plastmas dəstəklə təchiz edilmişdir. Qutunun içərisində hava vardır ki, o, cihazdaki borudan asanlıqla çıxa bilər. Həmin boru şlanq vasitəsilə manometrə birləşdirilir. Qutunun bir səthi qara, digər səthi isə ağ rənglə boyanmışdır (a).