1. Cisim enerjini udmaqdan daha çox, şüalandırarsa, onun daxili enerjisi və temperaturu necə dəyişər?
A) Cismin daxili enerjisi artar, temperaturu azalar.
B) Cismin daxili enerjisi azalar, temperaturu azalar.
C) Cismin daxili enerjisi artar, temperaturu artar.
D) Cismin daxili enerjisi azalar, temperaturu artar.
E) Cismin daxili enerjisi dəyişməz, temperaturu dəyişməz.
2. Temperaturları 20°C (I cisim) və 65°C (II cisim) olan iki cisim arasında istilik mübadiləsi nəticəsində bu cisimlərin daxili enerjiləri necə dəyişər?
A) I cismin daxili enerjisi artar, II cismin daxili enerjisi azalar.
B) I cismin daxili enerjisi azalar, II cismin daxili enerjisi artar.
C) I cismin daxili enerjisi dəyişməz, II cismin daxili enerjisi azalar.
D) I cismin daxili enerjisi artar, II cismin daxili enerjisi dəyişməz.
E) I cismin daxili enerjisi dəyişməz, II cismin daxili enerjisi dəyişməz.
3. Verilən cümlələr doğrudursa, mötərizədə “D”, yanlışdırsa, “Y" yazın.