NƏ ÖYRƏNDİNİZ?
Sxemi iş vərəqinə çəkin və nöqtələrin yerinə uyğun fiziki kəmiyyətin düsturunu və BS-də vahidini yazın.
ÖYRƏNDİKLƏRİNİZİ YOXLAYIN
- Maddənin xüsusi istilik tulumu onun kütləsindən və verilən istilik miqdarından necə asılıdır?
- Xüsusi istilik tutumunun BS-də vahidi nədir?
- 100°C temperaturdan 20°C temperatura qədər soyuyarkən hansı cisimdən daha çox istilik miqdarı
ayrılar: 200 q kütləli çuqundan, yoxsa eyni kütləli sudan? Nə üçün?
2.3. Yanacağın yanma istiliyi
Məişətdə, istehsalat və texnikada müxtəlif növ yanacaqlardan istifadə olunur. Şəkildə müxtəlif növ
yanacağın hər birinin 1 kq-nın tam yanması zamanı ayrılan istilik miqdarları göstərilmişdir:
- Niyə eyni kütləli müxtəlif növ yanacaq tam yandıqda onlardan fərqli miqdarda istilik ayrılır?
- Bu yanacaqlardan ən perspektivlisi hansı növ yanacaq hesab edilir. Niyə?