2.6. PRAKTİK İŞ. Cismin xüsusi istilik
tutumunun təyini
İşin məqsədi: metal silindrin xüsusi istilik tutumunun təcrübi təyin edilməsi.
Təchizat: kalorimetr, laboratoriya termometri, tərəzi, çəki daşları, menzurka,
alüminium və mis silindrlər, qarmaqlı məftil, su, salfet, elektrik çaydanı.
İşin gedişi:
- Kalorimetr stəkanının kütləsini tərəzidə çəkin. Ona 200 q soyuq su töküb temperaturunu ölçün. Bu həm
suyun, həm də kalorimetrin başlanğıc temperaturlarıdır.
- Elektrik çaydanını işə salıb içərisindəki suyu qaynadın.
- Alüminium silindrin kütləsini tərəzidə ölçün, sonra isə onu qarmaqlı məftillə qaynar suya batırın.
Bir qədər gözləyin və silindri sudan cəld çıxarın, salfetlə qurulayıb kalorimetrə tam batırın.
Kalorimetrin qapağını örtün. Silindrin başlanğıc temperaturu qaynar suyun temperaturuna bərabərdir,
yəni 100°C-yə.
- Qarışdırıcı ilə suyu bir dəqiqə qarışdırın və termometrin göstəricisi sabitləşdikdə suyun son
temperaturunu qeyd edin.
-
Bütün ölçmələrdən alınan ifadələri iş vərəqinə köçürdüyünüz aşağıdakı cədvəldə qeyd edin: