NƏ ÖYRƏNDİNİZ?
Öz mayesi ilə__olan buxara __ deyilir.
Öz mayesi ilə dinamik tarazlıqda olmayan buxara_
deyilir. Müəyyən temperaturda mayenin bütün
həcmində baş verən buxarlanma prosesinə__
deyilir. Mayenin qaynadığı temperatur__ adlanır.
a) 100°C-dir;
b) 100°C-dən aşağıdır;
c) 100°C-dan yuxarıdır? Niyə?
1 - Pirquluda (dəniz səviyyəsindən 1500 m yüksəklikdə).
2 - Dəniz səviyyəsində.
3 - Soma (Türkiyə) şaxtasında (dəniz səviyyəsindən 2000 m dərinlikdə).
Müxtəlif maddələrin maye halından qaz halına çevrilməsi üçün müxtəlif miqdarda enerji tələb olunur. Bu enerji xüsusi buxarlanma istiliyi adlanan fiziki kəmiyyətlə xarakterizə olunur.
Təcrübədən müəyyən olunmuşdur ki, qaynama temperaturunda 1 kq suyu buxarlandırmaq üçün 2,3 MC, həmin miqdarda spirti qaynama temperaturunda buxarlandırmaq üçünsə 0,9 MC istilik miqdarı sərf olunmalıdır. Kütləsi 2 kq olan suyu qaynama temperaturunda buxarlandırmaq üçün 4,6 MC, həmin qədər spirti qaynama temperaturunda buxarlandırmaq üçünsə 1,8 MC istilik miqdarı tələb olunur.
Nəticəni müzakirə edin: