Təchizat: şüşə qab (2 ədəd: birində soyuq (a), digərində isti su (b)),
qida boyaq dənələri.
İşin gedişi:
Qabların hər birinə eyni miqdarda boyaq dənələri atın və baş verən hadisəni izləyin.
Nəticəni müzakirə edin:
Bütün cisimlər atom və molekullardan və təşkil olunmuşdur. Bu zərrəciklər
daim xaotik (nizamsız) hərəkətdədir. Hər bir molekulun (və ya atomun) hərəkəti mexaniki hərəkət olsa
da, cismi təşkil edən bu zərrəciklərin hərəkəti, əslində, çox mürəkkəbdir. Buna səbəb maddənin
1 sm3 həcmindəki zərrəciklərin sayının çox olmasıdır, məsələn, hesablamalar göstərir ki,
suyun 1 sm3 həcmində ≈3,34 · 1022 molekul vardır.
Molekulların bir-biri ilə toqquşması nəticəsində onların hərəkət istiqaməti daim dəyişir. Cisimdəki
molekulların sayı çox olduğundan bütün istiqamətlərə hərəkət edən molekulların sayı, demək olar ki,
eyni olur. Maddənin (cismin) isti və ya soyuq olması onu təşkil edən molekulların xaotik hərəkət
sürətindən asılıdır:
Cismi təşkil edən molekulların istilik hərəkətinin intensivliyi temperatur adlanan fiziki kəmiyyətlə xarakterizə olunur. Cisimlərin istilik dərəcəsi onların temperaturları ilə fərqləndirilir; məsələn, suyun temperaturu dondurmanın temperaturundan yüksəkdir, dəmirin bərk haldakı temperaturu onun maye halındakı temperaturundan kiçikdir.