4.2. Buxar turbini
Şəkildə efir istilik mühərrikinin sxemi təsvir edilmişdir. Onun quruluşu belədir: üç A şüşə borusu fırlana bilən C barabanına bərkidilmişdir. Boruların ucları içərisində kükürdlü efir olan B kürəcikləri (B1 , B2 , B3 , B4 , B5 , B6) formasındadır.
Barabanın fırlanma oxundan aşağıda
içərisində isti su olan (35 - 40°C temperaturunda) D qabı yerləşdirilir.
- "Mühərrikin" iş prinsipini izah edin.
- Baraban hansı istiqamətə fırlanır?
-
"Mühərrikin" bütün kürəcikləri suya batırılarsa, o işləyəcəkmi? Niyə?
ARAŞDIRMA-1
- Bu hansı qurğunun modelidir?
Təchizat: kiçik kolba, içərisindən kiçikdiametrli boru keçirilmiş rezin tıxac,
spirt lampası, tutqacı olan ştativ, mantar tıxac, nazik polad mil, quş lələkləri,
biz, mis və ya alüminium məftil (50–70 sm), su (70–100 ml).
İşin gedişi:
- Sınaq şüşəsinə su tökün, ağzını rezin tıxacla kip qapayıb ştativə bərkidin
və spirt lampasının alovunda qızdırın.
- Polad mili mantar tıxacdan keçirin. Biz vasitəsilə tıxacın səthində
çevrə boyunca 6 simmetrik dəlik açıb lələkləri ora
batırın. Siz 6 pərli çarx hazırladınız (a).
- Mis məftili iki yerə qatlayın və qatlanan hissəni oturacağa
bərkidin, uclarını isə əyərək haça düzəldin. Milin uclarını
haçalarda elə yerləşdirin ki, çarx sərbəst fırlana
bilsin.
- Kolbadakı su qaynadıqdan sonra çarxın pərlərini
borudan çıxan buxara yaxınlaşdırın, baş verən hadisəni
müşahidə və müzakirə edin (b).
Nəticəni müzakirə edin:
- Siz hansı qurğunun modelini hazırladınız?
- Bu qurğuda enerji çevrilməsi hansı ardıcıllıqla baş verdi?
- Hazırladığınız qurğuda qızdırıcı, işçi cisim və soyuducu nədir?