Qida məhsullarının tərkibində zülallar, yağlar, karbohidratlar, su və mineral duzlardan əlavə vitaminlərə də rast gəlinir. Vitamin termini (latınca "vita" həyat deməkdir) ilk dəfə 1912-ci ildə polyak alimi K.Funk tərəfindən elmə gətirilmişdir. Vitaminlər xüsusilə meyvə və tərəvəzlərdə çox olur. Onlar orqanizmdə karbohidrat, yağ və zülalların funksiyalarını yerinə yetirməsinə kömək edir, orqanizmin müqavimətini artırır, yoluxucu xəstəliklərdən qorunmanı təmin edir.
Təqribən 50-yə qədər vitamin növü məlumdur. Bunlardan ən əhəmiyyətliləri A, B, C, D, E, K vitaminləridir.
Vitaminlər iki qrupa bölünür: