Siz bu qida məhsullarının üzərindəki yazıları oxumusunuzmu? Orada nələr qeyd olunur? Sizcə, nə üçün?
Ləvazimat: uşaq yeməyi, kağız qutuda süd, mayonez paketi, meyvə şirəsi paketi.
İşin gedişi.
Verilmiş qidaların üzərində onların tərkibi ilə bağlı yazıları oxuyun və verəcəyi enerjini
hesablayaraq aşağıdakı cədvəli doldurun.
Qidalar | Miqdarı | Verəcəyi enerji |
Bilirsiniz ki, orqanizm kənardan daima müxtəlif qida maddələrini alır və onlardan istifadə edir. Nəticədə yaranan parçalanma məhsulları isə bədəndən xaric olunur. Buna maddələr mübadiləsi deyilir.
Üzvi maddələr parçalandıqda enerji ayrılır. Onlarda olan enerji istilik, elektrik, mexaniki enerjiyə çevrilir. Bunun nəticəsində daxili orqanlar işləyir və bədən temperaturu sabit qalır. Canlı orqanizmdə mübadilə prosesi kəsilərsə, məhv olar. Qəbul etdiyimiz su, mineral duzlar və vitaminlər olduğu kimi, zülal, yağ, karbohidratlar isə mürəkkəb çevrilmələrə uğrayaraq mənimsənilir. Bu qida maddələrinin normada qəbul edilməsi maddələr mübadiləsinin düzgün getməsinə imkan verir. Ortayaşlı insanların qida maddələrinə olan gündəlik tələbatı aşağıdakı cədvəldə verilmişdir;