Göstərilən orqanlardan hansılar ifrazata xidmət edir?
Hansı canlının ifrazat orqanları insanın ifrazat orqanlarına daha çox oxşayır?
Ləvazimat: qoyun və ya mal böyrəyi, lupa, neştər, pinset, rezin əlcək.
İşin gedişi.
Böyrəyin üstündəki pərdəni pinsetlə qaldırın.
Böyrəyin və pərdənin quruluşuna diqqət edin.
Böyrəyə gedən və çıxan damarlara diqqətlə baxın.
Böyrəyi ortadan kəsin, daxili quruluşunu lupa ilə müşahidə edin.
Gördüklərinizi dəftərinizə çəkin və aşağıdakı sualları cavablandırın:
► Böyrəyin forması və quruluşu necədir?
► Qandakı zərərli məhsulları böyrəklər süzməsəydi, orqanizmdə nə
baş
verərdi?
Böyrəklər paxlaya bənzəyir. Onun onurğaya tərəf olan hissəsi basıqdır. Qan damarları və sinirlər buradan
keçir. Sidik axarları da buradan başlayır. Böyrəyi kəsdikdə onun içərisində iki qat seçilir: xarici
qabıq qatı və daxili beyin qatı.