Uşaqlıq borusuna düşmüş yumurtahüceyrə çox sayda spermatozoidlə əhatə olunur. Spermatozoidlərdən biri yumurtahüceyrəyə daxil olur və onunla birləşir. Bu proses mayalanma adlanır. Yumurtahüceyrə mayalanıb ziqota çevrilir. Mayalanmanın baş tutması hamilələyin başlanması deməkdir ki, bu da yeni bir orqanizmin yaranmasına doğru ilk addımdır. Hamiləliyin başlanğıc mərhələsində bir hüceyrədən ibarət olan ziqot yumurta borusunda ardıcıl bölünərək çoxhüceyrəli rüşeymə çevrilir.