İştirak etdiyimiz konsertdə göstərilən duyğu orqanlarından hansının əhəmiyyəti daha çoxdur?
Eşitmənin insan həyatında nə kimi əhəmiyyəti var?
İnsanın eşitmə orqanının quruluşu necədir?
Qulaq eşitmə ilə yanaşı, daha hansı funksiyanı yerinə yetirir? Eşitmə orqanımızı necə
qorumalıyıq?
Ətrafımızdakı fərqli səsləri araşdıran eşitmə orqanı qulaqlardır. Qulaqlar başın yan tərəflərində yerləşir. Onlar eşitmə funksiyasını həyata keçirməklə bərabər, bədənin müvazinətini saxlamağa xidmət edir. Qulaq üç hissədən ibarətdir: xarici qulaq, orta qulaq, daxili qulaq.