4. DƏRİ. DƏRİNİN QURULUŞU VƏ FUNKSİYALARI
Sxemdə sual işarəsinin yerinə hansı sözü yazmaq olar?
Dərinin quruluşu necədir? Hansı səbəblərdən dəri zədələnə bilər? Dərimizi qorumaq üçün nə
etməliyik?
Ləvazimat: pinset, içərisinə əl yerləşə bilən 3 ədəd yastı qab,
termometr.
İşin gedişi.
-
İki nəfərlik kiçik bir qrup təşkil edin. Qrup üzvlərindən birinin əvvəlcə barmağının içəri
tərəfinə, sonra əlinin üstünə, baldırına, qoluna pinsetin hər iki ucu ilə birlikdə yavaşca
toxunun. Nə hiss etdiyini soruşun. Nəticəni müzakirə edin. Bu zaman aşağıdakılara diqqət
yetirin. Pinsetin hər iki ucu eynimi təsir etdi? Müxtəlif nahiyələrdə pinsetin hər iki ucunun
təsiri hiss edildimi?
-
1, 2 və 3 olaraq işarələnmiş qabların içərisinə müxtəlif temperaturlu su tökün.
Suyun temperaturu:
1-ci qabda - 15°C
2-ci qabda - 30°C
3-cü qabda - 45°C
Qrupun 2-ci üzvü əl barmaqlarının birini 1-ci, digərini isə 3-cü qaba salaraq bir dəqiqə saxlasın.
Sonra hər iki əlinin barmaqlarını oradan çıxararaq eyni vaxtda 2-ci qaba salsın.
Ondan barmaqlarında nə kimi dəyişiklik hiss etdiyini soruşun və nəticəni müzakirə edin.