1. ORQANLAR SİSTEMLƏRİMİZ NİZAMLA ÇALIŞIR
Heç düşünmüsünüzmü?
• Siz yatarkən orqanlar sistemlərinizin işində dəyişiklik baş verirmi?
• Orqanizmimizdəki sistemlər bir-biri ilə necə əlaqəli olur?
• Əgər orqanizmdəki sistemlərdən birinin işi pozularsa, nə baş verər?
-
Orqanlar sistemləri necə işləməlidir ki, orqanizm vahid sistem kimi fəaliyyət göstərsin?
-
Aşağıdakı şəkillərdə verilənlərin hansı orqanlar sistemləri tərəfindən həyata keçirildiyini
dəftərinizə qeyd edin.
-
Təbiət qoynunda rəngarəng çiçəklər qəlbinizi oxşayır, onların xoş ətrindən məst olursunuz.
-
Dənizdə dalğalara sinə gərərək sürətlə üzürsünüz. Bu zaman lazım olan enerjini qida maddələrindən
alırsınız. Bu qida maddələri hüceyrələrə çatmaq üçün kiçik hissələrə parçalanmalıdır.
-
Qana keçmiş qida maddələrinin bədən hüceyrələrinə çatması tələb olunur. Bunun üçün qan damarlara
vurulur. Qida maddələri bədənə şaxələnmiş damarlar vasitəsilə toxuma hüceyrələrinə çatdırılır.