Lalə televiziyada belə bir xəbər dinlədi: "Artıq Azərbaycanda uzun illərdir ki, böyrək, qaraciyər,
sümük iliyi, süni oynaqların transplantasiyası kimi əməliyyatlar uğurla həyata keçirilir".
O, bir anlıq düşündü, görəsən, insanlara nə zaman orqan köçürülür?
Bu orqanlar kimlərdən götürülür?
Başqa hansı orqanları köçürmək mümkündür?
Dünyada ilk orqan nəqli (transplantasiya) 1883-cü ildə isveçrəli cərrah Teodor Koxer, ölkəmizdə isə 1971—1972-ci illərdə akademik Mirməmməd Cavadzadə tərəfindən (böyrək nəqli) aparılmışdır. Orqan nəqli insan həyatının xilas edilməsi və sağlamlığının bərpası üçün həyata keçirilir. Bu zaman cərrahiyyə əməliyyatı aparmaqla xəstədə olmayan, yaxud zədələnən orqan və ya toxumalar sağlamları ilə əvəz edilir. Bu orqanlar donordan* və ya insan meyitindən götürülür.
Sizcə, aşağıda göstərilənlərdən hansılar sağlam insandan alınaraq xəstə insana köçürülə bilər? Fikrinizi əsaslandırın.
* Donor - öz orqan və (və ya) toxumalarını xəstə şəxslərə köçürmək üçün könüllü olaraq verən şəxs