4. QAN QRUPLARI. DONOR OLMAQ HƏYAT QURTARIR
1667-ci ildə insana ilk dəfə heyvan qanı köçürülmüşdür. Bu, uğursuzluqla nəticələnmişdir. Sonrakı
illərdə insanlara insan qanı köçürməyə başlamışlar. Çox vaxt bu da istənilən nəticəni verməmişdir.
Sizcə, buna səbəb nə idi?
Qanköçürmə haqqında nə bilirsiniz?
Düşünün, qanköçürmə zamanı nələr nəzərə alınmalıdır?
Qan qrupumuzu bilək.
İşin gedişi.
Qruplara bölünün.
Qrupunuzdakı şagirdlərin adını, qarşısında isə qan qrupunu yazın. Sinifdə neçə qrup qan olduğunu müəyyən
edin.
ABO sistemində insanlarda dörd qan qrupu mövcuddur: I(0), II(A), III(B), IV(AB). Qan qrupları onların
tərkibindəki zülallara əsasən adlandırılmışdır.