Ətrafınızdakı insanlardan kiminsə ürəyinin ağrıdığını, qan təzyiqinin yuxarı və ya aşağı olduğunu, qan azlığından şikayət etdiyini və s. eşidirsiniz. Sizcə, bunlara səbəb nədir?
Bütün orqanlar kimi ürəyin özünə də qida maddələri və oksigen lazımdır. Ürəyi qidalandıran damarlar aortadan ayrılır. Ürəyin yaxşı qidalanması onun əzələlərinin daha güclü inkişafına səbəb olur.
► Ürəyin işinə məşqin təsiri:
On gün müddətində səhər gimnastikasından əvvəl və sonra 1 dəqiqədə ürək vurğularını sayın. Verilmiş cədvəl əsasında qeydlər aparın. Nəticələri sinif yoldaşlarınızla müzakirə edin.
Tarix | Səhər gimnastikasından əvvəl nəbz vurğularının sayı | Səhər gimnastikasından sonra nəbz vurğularının sayı |
Ürək xəstəliklərinin səbəbləri müxtəlifdir. Düzgün qidalanmama, fiziki hərəkətlərin azlığı, stress, siqaret, alkoqol və narkotik maddələrdən istifadə ürək-damar xəstəliklərinin yaranmasına təkan verir.