Təsərrüfat həyatı müharibədən sonra canlandı, insanların rifah halı qismən düzəldi. Dövrün çətinlikləri sənətkarlığın, ticarətin inkişafına mənfi təsir göstərsə də, inkişafın qarşısını ala bilmədi. Şəhərlər böyüyür, əhali artır, ictimai həyat dəyişirdi.
![]() |
Bu dövrdə Azərbaycanda hansı torpaq mülkiyyət formaları və sosial təbəqələr var idi?
İnzibati idarə sistemi necə idi?
|
İqtisadi həyatın canlanması. Səfəvi və Osmanlı müharibələrinin başa çatması ilə Azərbaycanda sakitlik yarandı, təsərrüfat həyatı dirçəlməyə başladı. Şah II Abbasın (1642-1666) hakimiyyəti dövründə Səfəvi dövlətinin sosial-iqtisadi inkişafım təmin etmək üçün mühüm tədbirlər həyata keçirildi. Şah taxta çıxan kimi rəiyyət və sənətkarların dövlət xəzinəsinə olan bütün vergi borclarını ləğv etdi.
Əkinçilik təsərrüfatının inkişafına diqqət artırıldı. Daxili və xarici ticarətin canlanması üçün önəmli addımlar atıldı.
Əhalinin vəziyyəti. Səfəvi dövlətində bütün əhaliyə qayğı və diqqət göstərilirdi. Təbəələrə qarşı ədalətli siyasət yürüdülür, əhalinin ərizə və şikayətlərinə dərhal şahın yanında fəaliyyət göstərən ədalət divanında baxılırdı.