fəsil
5
Xilasedicilər
Kitabın cildinə baxın və suallara cavab verin.
- Kitabın adı nədir?
- Kitabın müəllifi kimdir?
- Sizcə, kitabda nədən danışılır?
Mətni oxuyun və sualları cavablandırın.
Ziya baba tələyə düşmüş qartalı xilas etdi.
Bir gün qartal Ziya babanın papağını götürüb uçdu.
Baba qartalın dalınca qaçaraq evdən uzaqlaşdı.
Bu zaman zəlzələ baş verdi.
Babanın evi dağıldı.
Baba başa düşdü ki, qartal onu xilas etmək istəyib.
- Qartal nə üçün babanın papağını götürüb uçdu?
- Mətni başqa necə adlandırmaq olar?