fəsil
1
GÜN REJİMİ
Mətni oxuyun. Ayanın gün rejimini öz gün rejiminizlə müqayisə edin.
AYANIN GÜN REJİMİ
Ayan səhər saat yeddidə yuxudan oyanır.
Səhər gimnastikası edir.
Yuyunur, dişlərini fırçalayır.
Söz boğçası
gimnastika
gümrah
nahar
riayət etmək
asudə vaxt
Hüsnxət
Hh
Səhər yeməyini yeyir.
Ayanın dərsləri saat səkkizdə başlayır.
Ayan məktəbdən qayıdır.
Əllərini yuyur.
Nahar edir.
Asudə vaxtını ailə üzvləri ilə keçirir.
Axşam saat doqquzda yatır.
Cütlərlə iş
Yoldaşınızın gün rejimi haqqında məlumat toplayın.
Aşağıdakı suallardan da istifadə edə bilərsiniz.
Sən saat neçədə yuxudan oyanırsan?
Səhər gimnastikası edirsənmi?
Məktəbdən sonra vaxtını necə keçirirsən?
Saat neçədə yatırsan?