Biri var idi, biri yox idi. Bir İlbiz var idi. İlbiz həmişə qəhvəyi çanağını belində daşıyırdı. Bu da onun heç xoşuna gəlmirdi. Elə hey dostlarına şikayətlənirdi:
- Ah, çanağımı belimdə daşımaqdan yorulmuşam. Bu nə çanaqdır?! Heç bəzəyi də yoxdur.
Günlərin bir günü Kəpənək dedi:
- Bilirsən, meşədə rəssam Tırtıl yaşayır. Gəl onun yanına gedək. O sənin çanağını istədiyin kimi rəngləyər.
İlbiz bu xəbərə sevindi. Birlikdə yola çıxdılar. Tırtılın evinə gəlib çatdılar. Tırtıl İlbizin çanağını rəngarəng naxışlarla bəzədi.
İlbiz al-əlvan çanağını bəyəndi.
- İlbizin yaxın dostları kimlərdir?
- İlbiz nədən şikayətlənirdi?
- Dostları İlbizə necə kömək etdilər?