Ümumiləşdirici təkrar
“Təbiətin sirləri” bölməsində hansı təbiət hadisələri ilə tanış oldunuz?
Hansı təbiət hadisəsi daha çox xoşunuza gəldi? Nə üçün?
Daha hansı təbiət hadisələri haqqında məlumat almaq istəyirsiniz?
Şeiri oxuyun, suallara cavab verin.
Qara bax, qara,
Gör necə yağır.
Çıxsan bayıra,
Məni də çağır.
Qalın geyinək,
Həyətə çıxaq.
Qartopu yığaq,
Top-top oynayaq.
Mirmehdi Seyidzadə
- Şeirin müəllifi kimdir?
- Şeirdə neçə bənd var?
- Şeirdə neçə misra var?
- Hər misrada neçə heca var?
- Hansı misralar qafiyələnir?
Nöqtələrin yerinə uyğun gələn sözləri seçin və cümlələri tamamlayın.
Birdən ... çaxdı.
Güclü ... başladı.
Bağları ... basdı.
... dibində çoxlu göbələk var idi.
Onlar ... kimi görünürdü.
Biz bir ... göbələk yığdıq.
Yağan qar pəncərəyə ... vururdu.
Hər tərəf ... olmuşdu.
Dovşan qalın ... geyinmişdi.