Qurbağa 0 ədədinin üzərindədir. Onun bir addımı 1-ə bərabərdir.
• Qurbağa 2 addım irəli tullansa, hansı ədədin üzərinə düşər?
• Qurbağa 7 ədədinin üzərinə düşmək üçün daha neçə addım tullanmalıdır?
Öyrənmə
Ədədləri düz xətt üzərinə eyni aralıqla ardıcıl düzdükdə ədəd oxu alınır.
Ədəd oxunda soldakı ədəd sağdakından kiçikdir.
Bələdçi
Göstərişi yerinə yetirin.
Hansı ədədin üzərinə
çatdığınızı müəyyən edin.
4 ədədindən 5 addım irəli,
sonra isə 3 addım geri sayın.
7 ədədindən 3 addım geri,
sonra isə 2 addım irəli sayın.
Nümunə •
2 ədədindən 4 addım irəli, sonra isə 2 addım geri sayın.