Dovşanın hər addımı 1-ə bərabərdir. O, kökü götürmək üçün neçə addım
tullanmalıdır? Kök hansı ədədin üzərindədir?
Öyrənmə
Ədədləri toplamaq üçün ədəd oxundan da istifadə etmək olar. Bu zaman
əvvəlcə, bir toplananın yeri tapılır. Sonra isə digər toplanan qədər irəli sayılır.
Üzərində dayanılan ədəd cəmi göstərir.
• 6 ədədindən 3 vahid irəli saydıqda 9 alınır.
Bələdçi
Kubların sayı ilə ədəd oxu üzərində toplamanı uyğunlaşdırın.
Müvafiq misal yazın.