ÜMUMİLƏŞDİRİCİ TAPŞIRIQLAR
Əşyaların sayı hansı ədədin ikiqatına uyğundur? Riyazi ifadə yazın.
Şəklə uyğun məsələ qurun. Pinqvinlərin sayını hesablamaq üçün misal yazın.
Elxan ad gününə 8 sinif yoldaşını dəvət etdi. Əvvəlcə 5 uşaq gəldi. Daha neçə uşaq gəlməli idi? Məsələnin həlli hansı onluq çərçivəyə uyğundur?
Sətir və sütun üzrə ədədlərin cəmi 5-ə bərabər olmalıdır. Boş xanalardakı ədədləri tapın.
Göldə 4 ördək və 3 qu quşu üzürdü. Onlara 3 ördək qoşuldu. Göldə cəmi neçə quş oldu?